Hakimin dələduzluqda təqsirləndirilən qardaşının məhkəməsi oldu

Hakimin dələduzluqda təqsirləndirilən qardaşının məhkəməsi oldu
Oxunma sayı: 1398

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşı, dələduzluqda təqsirləndirilən Mahir Kərimovun məhkəməsi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə şahidlərin dindirilməsi mərhələsi məhdudlaşdırılıb.

Məhkəmə istintaqı tamamlanıb, dövlət ittihamçısına çıxış üçün vaxt verilib. O, çıxışa hazır olmadığını bildirib və təqsirləndirilən şəxsə cəza tələb etmək üçün vaxt istəyib.

Proses fevralın 7-də davam etdiriləcək.

Bu gün dindirilməsi nəzərdə tutulan şahidlərin məhkəməyə gəlmədiyi məlum olub.

Məhkəmə prosesi noyabrın 15-də davam etdiriləcək.

İttihama görə, M. Kərimov "Fateh-N" MMC-nin icraçı direktoru vəzifəsində çalışarkən, bir mənzili bir neçə nəfərə sataraq dələduzluq edib. M.Kərimov günahını etiraf edib və özünü təqsirli bildiyini deyib. Həbs edilməsə də, barəsində başqa yerə getməmək qərarı verilib.

M.Kərimovla bərabər İctimai Televiziyanın keçmiş rəhbəri İsmayıl Ömərovun qardaşı Ələsgər Ömərov da cinayət işinə cəlb edilib. Ə.Ömərov şirkətin təsisçisi olub. İstintaq müddətində o vəfat etdiyi üçün barəsindəki cinayət işinə xitam verilib.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi