Hakimiyyət partiyasının nüfuzu düşür

hakimiyyet-partiyasinin-nufuzu-dusur
Oxunma sayı: 640

“Forsa” sorğu şirkətinin məlumatları əsasında “Stern” jurnalında nəşr edilmiş məqalədə göstərilir ki, hazırda seçicilərin yalnız 31 faizi hakim partiyanı dəstəkləyir. Bu, 2011-ci ilin oktyabrından sonra keçirilən sorğularda qeydə alınmış ən aşağı göstəricidir. Bir həftə əvvəlkindən isə 4 faiz daha azdır. Bu cür nəticə isə gələn il keçiriləcək seçkilərdə partiyanın qalibiyyətini şübhə altına qoyub.

Partiyanın nüfuzunun aşağı düşməsinin əsas səbəblərdən biri kimi partiyadaxili çəkişmələr göstərilir. Xatırladaq ki, bir qədər öncə kansler Angela Merkel partiyanın nüfuzlu şəxslərindən hesab edilən ətraf mühit nazirini işdən azad etmişdi.

AzərTAc