“Hakimlər belə davam etsə, çətin olacaq” - Emeri

hakimler-bele-davam-etse-cetin-olacaq
Oxunma sayı: 1441

PSJ-nin baş məşqçisi Unai Emeri ÇL-in 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Real”a 1:3 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, ispan mütəxəssis qarşılaşmanın baş hakimi Canluka Rokkini bəyənmədiyini dilə gətirib:
 
"Rokkinin hakimliyini bəyənmirəm. Bu matçlarda kiçik xətalar böyük fərq yaradır. Daha təcrübəli hakim olsaydı, meydandan qalibiyyətlə ayrıla bilərdik. Yaxşı nəticə qazanmasaq da, cavab görüşündə də belə oynasaq, turu keçə bilərik. Ancaq hakimlər belə davam etsə, işimiz çətin olacaq".
 
Qeyd edək ki, cütün cavab görüşü martın 6-da baş tutacaq.