“Hakimlər və hüquqşünaslar üçün yay məktəbi”

hakimler-ve-huquqsunaslar-ucun-yay-mektebi
Oxunma sayı: 633

“Qafqazinfo”nun məlumatına görə, yay məktəbinin mövzusu İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələrinə həsr olunub. Yay məktəbində 18 hakim və 14 hüquqşünas iştirak edir.

Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxlaq Hüquq əməkdaşlığı Fondunun, Nikoyl Bankın, USAİD və Amerika Hüquqşünaslar Assosiasiyasının dəstəyi ilə təşkil olunacaq 2-ci yay məktəbində AHK sədri, millət vəkili Əli Hüseynli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov, Azərbaycan Respublikasının Məhkəmə Hüquq Şurasının aparat rəhbəri Cavid Hüseynov, Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlıq Fondunun nümayəndəsi Mayke Ruhlig, Almaniyanın Azərbaycan Respublikasındakı Səfiri Herbert Kvelle, Nikoy Bankın İdarə heyətinin Sədri Vasiliy Viktoroviç Xamaza, ABA CELLİ –nin Azərbaycandakı nümayəndəliyindən Michelle Brady açılış və salamalama nitqi ilə çıxış edəcəklər.
Yay məktəbi Novxan AF Otel-də 23 iyun 2012-ci il, saat 10.00- da öz işinə başlayacaqdır.

Əlavə məlumat üçün 050-233-37-01 mobil telefonu vasitısi ilə və yaxud da 012-537-12-23 ofis telefonu vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.