“Halal Facebook” Ramazanda gələcək

halal-facebook-ramazanda-gelecek
Oxunma sayı: 648

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, “Facebook” sosial şəbəkəsinin islam dünyasındakı rəqibi sayılan “Salamworld.com” bu ilin Ramazan ayında fəaliyyətə başlayacaq.

Sosial şəbəkənin Türkiyənin İstanbul şəhərindəki mərkəzi ofisindən bildirildiyinə görə, portalın yaradılmasında məqsəd müsəlman dünyasının beynəlxalq ictimaiyyətlə əlaqələrində körpü rolunu oynamasıdır.

“Si-En-En Türk” telekanalının məlumatına görə, çox güclü mühafizə olunan İstanbuldakı Baş ofisdə təhlükəsizlik və məxfilik qaydaları tətbiq olunur. Təhlükəsizlik kameraları ilə əhatə olunan dördmərtəbəli villaya barmaq izinin yoxlanılması ilə daxil olmaq mümkündür.

Telekanalın xəbərində ofisin girişindəki lövhələrdən interyerədək hər yerdə aypara işarəsi nəzəri cəlb edir.

“Salamworld.com”un İdarə Heyətinin sədri Əbdülvahid Niyazov müsəlmanların tələblərinə cavab verəcək sosial şəbəkəyə ehtiyac duyulduğunu, bunun öhdəsində isə rəhbəri olduğu portalın gələcəyinə inandığını deyib. Niyazov saytın “qapı”larının müsəlman olmayanların üzünə də açıq olacağını deyərək, ancaq bu məsələdə bir sıra qaydaların tətbiq olunacağını bildirib. Belə ki, o, saytda insanın bədəninin rəngindən bədənin açıqlıq səviyyəsini müəyyən edən filtr sisteminin olduğunu da qeyd edib.