Hamı Aygünün paltarından danışacaq - Şərt qoyulub...

hami-aygunun-paltarindan-danisacaq
Oxunma sayı: 4658

Xalq artisti Aygün Kazımova dekabrın 1-də Bakıda keçirəcəyi “Duy” konserti üçün ciddi şəkildə hazırlaşır. “Qafqazinfo” xəbər verir ki, artıq müğənni bir neçə gündür Heydər Əliyev adına İdman və Konsert Kompleksində məşqlərə başlayıb. Kazımova konserti üçün xarici xoreoqraf və rəqqaslar dəvət edib.

Bundan əlavə, Aygün şousunda yeni albomuna daxil olan mahnıları da canlı səsləndirməyi planlaşdırır. Xalq artistinin geyimləri üzərində bu dəfə də məşhur modelyer Rüfət İsmayıl çalışır. 

Əldə etdiyimiz məlumata görə, dünyaca tanınmış dizayner Kazımovaya şərt qoyub.  Şərt bundan ibarətdir ki, sənətçi R. İsmayılın hazırladığı libası geyinmək üçün  “XS” ölçüsünə düşməlidir. Bunu nəzərə alan pop ulduz bir neçə həftədir ki, ciddi şəkildə idmanla məşğul olur.

Bundan başqa, Aygünün sözügedən konsertində səhnəyə müzakirələrə səbəb olacaq, açıq-saçıq libasda çıxacağı qeyd olunur. Libasın bəzi yerləri istisna olmaqla qalan hissələri tüldən ibarətdir və çılpaq effekti verir. 

Rüfət İsmayıl “Qafqazinfo”ya açıqlamasında xalq artistinə şərt qoyduğunu təsdiq edib və geyimin hələ hazır olmadığını bildirib: “Şərt qoymağım doğrudur. Amma geyim hələ bitməyib və necə olacağını zaman göstərəcək. Paltar həm gözəl, həm də rahat olmalıdır ki, Aygün xanım səhnədə rəqs edərkən narahat olmasın”. 

Bu məqamda bildirək ki, konsertdə tanınmış diceylər David Vendetta və Kahaberi də səhnəyə çıxacaq.