Hamı deyir qabaqda düşəcəyik...

hami-deyir-qabaqda-duseceyik
Oxunma sayı: 1997

İctimai nəqliyyatda sürücü və sərnişinlər arasında münaqişələrə, problemlərə hələ də rast gəlinir.

“Qafqazinfo” xəbər verir ki, Gəncədə mövzu ilə bağlı keçirilən sorğuda sükan sahibləri bu məsələdə sərnişinləri, sərnişinlər isə qarşı tərəfi günahlandırırlar. Sürücülərin əsas şikayəti sərnişinlərin dayanacaqdan kənarda düşmək istəkləri, kobud rəftarları ilə bağlıdır. Öz növbəsində, sərnişinlər üçün bəzi sürücülərin avtobusu sürətli idarə etmələri, yaşlılara qarşı hörmətsiz rəftarları, onlarla kobud danışmaları mənfi hal kimi qəbul edilir. Xoşbəxtlikdən ictimai nəqliyyatdakı sürücü və sərnişin münasibətlərindən razı olanlarda var. Sorğumuzda iştirak edən bəzi sərnişinlər də sürücülərin nadir hallarda avtobusu təhlükəli şəkildə sürdüklərini, belə olduqda etirazlarını bildirərək məsələni həll etdiklərini bildirdilər.

 Həmin videonu təqdim edirik: