“Hamı günahkardır” - Buffon

hami-gunahkardir
Oxunma sayı: 1538

DÇ-2018-in pley-off oyunları çərçivəsində İtaliya yığması iki oyunun nəticəsinə görə İsveçə məğlub olaraq mundialdan kənarda qalıb.

“Qafqazinfo” xəbər verir ki, oyundan sonra açıqlama verən İtaliya millisinin qapıçısı Canluici Buffon yığma karyerasını başa vurduğunu bildirib:
 
"Bu uğursuzluqda hər kəs günahkardır. Günahkar axtarmamalıyıq. Birlikdə qalib gəlmişik, birlikdə uduzmuşuq. Özüm üçün deyil, İtaliya futbolu adına çox üzgünəm. Ölkəmizin adına çox şeyi ifadə edən yarışdan kənarda qaldıq. Bunları necə deyəcəyimi bilmirəm, amma mən artıq milli karyerama nöqtə qoyuram. Məyusam. Yığmadan bu cür getmək istməzədim". 
 
Buffon əsas millidə debütünü 1997-ci ildə edib. O, bu illər ərzində yığmada 175 oyun keçirib.