Hamı ona heyran oldu - Fotolar

hami-ona-heyran-oldu
Oxunma sayı: 4572

Xalq artisti Aygün Kazımovanın “Duy” adlı solo konserti baş tutub. “Qafqazinfo” xəbər verir ki, musiqili gecə Bakının məşhur klublarının birində keçirilib.

Təxminəm iki saat davam edən konserti sosial şəbəkələrdə tanınan Röya Miriyeva açıb.  O, Kazımovanın məşhur mahnılarını akustik versiyada ifa edib. Daha sonra səhnəyə Gürcüstanın məşhur diceyi Kahaber Tsiskaridze və sahibi olduğu “Khanums” qrupu çıxıb.  

Onların ifasından sonra Kazımovanın şousu başlayıb.  Xalq artisti gecədə 3 fərqli geyimdən istifadə edib.  Müğənninin obrazı üzərində yenə də məşhur dizayner Rüfət İsmayıl çalışıb. 

Birinci hissədə Aygün 90-ci illərin sonunda oxuduğu mahnıları səsləndirib.  Qısa fasilədən sonra sənətçi “Duy” albomuna daxil olan 7 mahnısını şouyla birgə təqdim edib.  

Səhnəyə məşhur dicey David Vendetta da çıxaraq Aygünlə albomun əsas mahnısı olan “Duy”u təqdim edib.