Hamı onu izləyir, o da arvadını

hami-onu-izleyir-o-da-arvadini
Oxunma sayı: 644

«The Telegraph» qəzeti yazır ki, aktyorun «Weibo»da ilk açıqlaması böyük marağa səbəb olub. Brad Pitt yenicə açdığı hesabından «Bu həqiqətdir, mən gəlirəm» yazıb.

Aktyorun ilk yazısına 50,000 mindən çox paylaşılıb, 30 mindən çox şərh edilib. Brad Pitti bir neçə saat ərzində 158,000-dən çox nəfər izləməyə başlayıb.

Brad Pittin 1997-ci ildə rol aldığı "Seven Years in Tibet" (Tibetdə 7 il) filmindən sonra Çinə girişinə qadağa qoyulduğu deyilir. Filmdə Çin hakimiyyətinin Tibetə müdaxilələrindən bəhs edilir.

Twitterdə isə Brad Pitti 112 mindən çox adam izləyir. O isə cəmi bircə nəfəri- həyat yoldaşı Angelina Jolie-ni izləyir, retweet edir./azadliqradiosu/