Hamilə modelin geyimi təəccübləndirdi - Fotolar

hamile-modelin-geyimi-teeccublendirdi
Oxunma sayı: 9457

İkinci dəfə ana olmağa hazırlaşan model Krissi Teyqen ötən gün Nyu-Yorkda alış-veriş edərkən görüntülənib.

“Qafqazinfo” “Axşam.az”a istinadən xəbər verir ki, 5 aylıq hamilə model alış-verişə 2 yaşlı qızı Luna ilə gedib.

Çəki aldığı gözdən qaçmayan Krissinin geyimi də diqqət çəkib. O, sadə, lakin dərin sinə və kürək dekolteli libasda kameralara tuş gəlib.

Qeyd edək ki, Krissi müğənni əri Con Legendlə 2007-ci ildə “Stereo” klipinin çəkilişi zamanı tanış olublar. Cütlük 2013-cü ildə ailə qurub və ilk övladları – qızları Luna Simona Stivens 2016-cı ildə dünyaya gəlib.