“Hamilə olanda ərim məni kəmərlə döyüb”

hamile-olanda-erim-meni-kemerle-doyub
Oxunma sayı: 8807

İş adamı Ümid Aslanla yaşadığı münasibət, daha sonra qızının xərçəngə yoluxması ilə media gündəminə düşən türkiyəli aktrisa Ceren Hindistan qonaq olduğu verilişdə başına gələnlərdən danışıb.

“Qafqazinfo” xəbər verir ki, Ceren “2. Səhifə” verilişinin canlı yayımında iş adamının onu ac saxladığını, hamilə vaxtı kəmərlə döydüyünü iddia edib:

“Hamilə idim. Evdə yeməyə bir şey tapmırdım. Zəng vurub “mən burada ac ola-ola sən necə dostlarınla partiyə gedirsən?”- deyə soruşdum. Daha sonra əlimə açarı alıb qarajdakı 4 maşınını cızdım. Üstümə silahla gəldi.
Hamilə olan zaman 7-8 dəfə şiddətə məruz qalmışam, hətta kəmərlə döyüb. Məncə, uşağı itirməyim üçün belə edirdi. Polisə getməyim deyə telefonumu əlimdən alıb işçilərindən birinin evində həbs saxladı. Səhər saat 5 radələrində qaçdım. Üzüm tanınmaz halda idi”. 

Qızı Aryanın səhhətindən danışarkən göz yaşlarını saxlaya bilməyən aktisa Ü. Aslanın müalicə üçün onlara kömək etmədiyini bildirib:

“Hazırda uşağımın sağlamlığında problemlər var. Həkimlər çətin hamiləlikdən irəli gəldiyini söyləyir. Yeni il gecəsi qızımın ölümcül infeksiyaya yoluxduğunu bilən zaman mən açıq aptek axtarırdım, atası isə şampanlar partladırdı. Hər şeyi özüm ödəmişəm, xəstəxanaya 5 qəpik də verməyib. Mediadan gizlətməyə çalışdıq, həmin zamanlar instaqram hesabımı bağladım. Xəstəxana məni məhkəməyə verdiyi üçün jurnalistlər hadisədən xəbər tutdu”.