Hamilə olduğunu elan edəndən sonra ilk dəfə tədbirdə görüntüləndi - Fotolar

hamile-oldugunu-elan-edenden-sonra-ilk-defe-tedbirde-goruntulendi
Oxunma sayı: 3537

İkinci dəfə ana olmağa hazırlaşan avstraliyalı model Miranda Kerr tədbirlərdən birində görüntülənib.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, tədbirə ağ rəngli mini libas geyinən 33 yaşlı supermodelin kökəldiyi diqqətdən qaçmayıb.

Qeyd edək ki, bu ilin mayında “Snapchat”ın qurucusu və baş direktoru, 25 yaşlı milyarder Evan Şpiqelə ərə gedən M. Kerrin hamilə olduğuna dair xəbərlər noyabr ayında yayılıb. Onun aktyor Orlando Blumdan Flinn adlı 6 yaşlı oğlu var.