Hamilə qadın xəstəxanada vəfat edib

hamile-qadin-xestexanada-vefat-edib
Oxunma sayı: 1171

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki,  iyunun 1-də günorta saatlarında doğum şöbəsinə daxil olan 23 yaşlı hamilə qadın dünən günorta qanaxma nəticəsində dünyasını dəyişib.

Xəbərə görə, xəstəxananın  şöbə müdiri Nailə Əzizovanın xəstəsi olan gənc qadın uşaqlığının partlaması nəticəsində ölüb.

Hazırda hadisə yerində olan Abşeron Rayon Polis İdarəsinin əməkdaşları faktı araşdırır.