“Hamını milli birliyə çağırıram” - Tahir Kərimli

“Hamını milli birliyə çağırıram”
Oxunma sayı: 1410

Millət vəkili Tahir Kərimli Hollandiya parlamentinin uydurma erməni soyqırımını tanıması ilə bağlı qəbul etdiyi qanun layihəsinə etirazını bildirib. 

“Qafqazinfo” xəbər  verir ki, T. Kərimlinin sözlərinə görə bəzən çox təəssüf ki, biz  bu məsələnin Türkiyəyə aid məsələ olduğunu deyərək yaxamızı kənara çəkirik: “Amma bu belə deyil. Bu Türkiyə qədər bizim də məsələmizdir. Ona görə Türkiyəyə həmrəylik əlaməti olaraq Hollandiya parlamentinə öz etirazımızı bildirməliyik.

Eyni zamanda Türk-İslam birliyini möhkəmlətməliyik. Necə ki, bütün dünyanın hər yerində xristian təəssübkeşliyi var, türk-müsəlman birliyi də olmalıdır. Ona görə də biz də birləşməliyik. Bu coğrafiyada birliyimiz artmalıdır. Hamını milli birliyə çağırıram”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi