Hamını tənqid etdi, onu bəyəndi - Video

hamini-tenqid-etdi-onu-beyendi-video
Oxunma sayı: 657

“Qafqazinfo”nun məlumatına görə, model bu dəfə də dünyanın ən yaxşı modelini seçməkdə jüri üzvlərinə yardımçı olacaq. Dekabrın 8-də İstanbulda baş tutacaq finalda Türkiyəni Berk Atan və Buse Terim təmsil edəcək. Bu ilki yarışmada 90 manikenin iştirak edəcəyi müsabiqədə Sibel Tüzün, Ece Filiz ve İbrahim Gayberi aparıcılıq edəcək. 9 ölkədə canlı yayımlanacaq yarışmada dünyanın ən yaxşı manikeni adı uğrunda 20-yə yaxın ölkə nümayəndəsi mübarizə aparacaq.

Ana olandan sonra televiziya proqramlara qatılmayan Günay Kanal D-də yayımlanan proqramı evinə dəvət edib və ilk dəfə oğlu Cihangiri tamaşaçılara göstərib. Yeni il ərəfəsində bir çox jurnallar üçün xüsusi çəkim edən model maraqlı müsahibələri ilə də diqqət çəkib. Bununla yanaşı Günay prodüser Erol Kösənin də diqqətini çəkib. Türk ulduzlarından fərqli olaraq Erol Kösə proqramında Günayi tənqid etməyib, əksinə onu bəyəndiyini bildirib.

Aynur Babayeva