Hamının gözlədiyi boşanma xəbəri - Təsdiqləndi

haminin-gozlediyi-bosanma-xeberi
Oxunma sayı: 1251

İki il öncə ailə quran türkiyəli məşhurlar- Murat Dalkılıçla Merve Boluğurun boşanacaqlarına dair yayılan xəbərlər öz təsdiqini tapıb.

“Qafqazinfo” xəbər verir ki, müğənni İnstaqram hesabında Merve Boluğurla ayrılacaqlarını bildirib.

“İllərdir böyük sevgi duyduğum həyat yoldaşım Merve Boluğurla uzun zamandır ki, xilas etməyə çalışdığımız evliliyimizi kədərlənərək bitirmək qərarını verdik. Sevgi və hörmət çərçivəsində aldığımız bu qərara görə yaşadığımız bu həssas müddətdə hər kəsin buna hörmət göstərməyini xahiş edirik. Ayrılmaq səbəbi kimi göstərilən neqativ dedi-qoduların bu hadisəylə heç bir əlaqəsi yoxdur. Ayrılıq qərarımız hər münasibətdə yaşanan problemlər ailəmizə zərər verməyə başladığına görə ortaya çıxıb. Mənə yaşatdığı yüzlərlə xoşbəxt gün üçün təşəkkür edirəm”,- deyə M. Dalkılıç qeyd edib.