“Hamının istefasını istəmək doğru deyil” - Paşinyan aksiyaçılara səsləndi

haminin-istefasini-istemek-dogru-deyil
Oxunma sayı: 1523

Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanda aksiya keçirən etirazçıların tələblərinə münasibət bildirib.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, baş nazir məmurların “hamısının və dərhal” istefasını tələb etməyin doğru olmadığını deyib:

“Hamının birdən-birə istefasını tələb etmək doğru deyil. Bu məsələlər mərhələlərlə olmalıdır. İnsanlar fikirlərini azad ifadə etmək hüququndan istifadə edirlər. Bu, normaldır. Digər tərəfdən, başa düşməliyik ki, bütün məsələlər birdəfəlik həll olunmur”. 

Paşinyan daha sonra aksiyaçıların şikayət məktublarını alıb. 

 

Nuranə