Hande aparıcının yarıçılpaq fotosunu paylaşdı

hande-aparicinin-yaricilpaq-fotosunu-paylasdi
Oxunma sayı: 3045

Türkiyəli pop ulduz Hande Yener onun ən çox dinlənilən müğənni olmasını qəbul etməyən Seren Serengilə sərt reaksiya verib. 

“Qafqazinfo” xəbər verir ki, o, verilişində Serenin “birinci olduğuna inanmıram, araşdıracam” sözlərinə instaqramda cavab vermək istəyib. 

Müğənni Serengilin yarıçılpaq şəklini paylaşaraq “Seren birincliliyi müəyyən edən proqrama baxır, amma yenə görmür” şərhini yazıb. 

Daha sonra Handenin səhifəsindən həmin görüntülər yoxa çıxıb.  Hande daha sonra açıqlama yayaraq fotonu instaqram rəhbərliyi tərəfindən silindiyini bildirib. 

Seren isə Handeni narkoman olduğunu iddia edib və rəsmi instaqram səhifəsində ona cavab verib:

“Narkomanların hərəkətləri anormal olur. Bu tipli insanların beyinləri düzgün işləmir. Məsələ ilə bağlı vəkilimə məlumat vermişəm, o, bununla məşğul olacaq”. 

Yener isə səhifəsində aparıcının keçmiş zamanda verdiyi müsahibəsini paylaşıb.  Həmin müsahibədə Serenin 15 yaşında narkotikə qarşı əməliyyat zamanı tutulması barədə açıqlaması qeyd edilib.