Hande Yener nişanlısına qayıtdı

hande-yener-nisanlisina-qayitdi
Oxunma sayı: 1054

Türkiyənin məşhur pop ulduzu Hande Yener nişanlısı ilə barışıb. “Qafqazinfo” xəbər verir ki, o, Ümid Cem Şenolla münasibətlərini bərpa etmək barədə qərara gəlib.

Bildirilir ki, cütlük instaqramda fotolar paylaşaraq küsülülüyə son qoyduqlarını elan ediblər. 

Hande sosial şəbəkədə Ümidin ona aldığı gülün şəklini, Ü. Şenol isə sevgilisi və özünün nişan üzüyünü izləyiciləri ilə bölüşüb.