Hansı deputatlarımız namaz qılır? - - Siyahı

hansi-deputatlarimiz-namaz-qilir-
Oxunma sayı: 3630


Bir neçə gün öncə millət vəkili İqbal Ağazadənin Türkiyənin Sultaniyə məscidində namaz qılarkən görüntülənməsi də mətbuatın diqqətindən yayınmadı. Hər kəs İqbal Ağazadənin namaza yenicə başladığını zənn etdiyi halda, deputat saytımıza verdiyi açıqlamasında düz 10 ildir ki, ibadət etdiyini diqqətə çatdırdı. 

İ.Ağazadə kimi onun bir neçə həmkarı da Allaha ibadət edir.

Millət vəkili Fazil Mustafanın namaz əhli olması hər kəsə məlumdur. O neçə illərdir ibadətlə məşğuldur. Deputat 1993-cü ildən oruc tutur, namaz qılır. Tez-tez cümə namazlarında camaatla birgə namaz qılır. 

Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədri Şeyx Allahşükür Paşazadənin qardası, deputat Cavanşir Paşazadə namaz qılan deputatlar sırasındadır. 

Mətbuatda şeyxin qudası kimi tanınanq millət vəkili Qalib Salahzadə də adlarını çəkdiyimiz həmkarları kimi ibadətlə məşğuldur. O, müqəddəs Həcc ziyarətində olub. Bununla yanaşı bir neçə dəfə imkansız insanları öz hesabına Həcc ziyarətində göndərib.

Milli Məclisin İsmayıllıdan seçilən deputatı Novruz Aslan, Binəqədinin millət vəkili hacı Madər Musayev İslam dininin şərtlərini unutmayan deputatlardandır. Onlar namaz qılır, hər il oruc tuturlar. 

Xanım millət vəkilləri arasında Qənirə Paşayeva Məlahət İbrahimqızının namaz qıldığı deyilir.

Tanınmış jurnalist, həm də deputat olan Etibar Hüseynov namaz qılaraq Allaha ibadət edir. O bir neçə dəfə Həcc ziyarətində olub.

Qeyd edək ki, tanınan isimlərdən fövqəladə hallar naziri Kamaləddin Heydərovun atası, deputat Fəttah Heydərovun və digər bir neçə şəxsin adı da ibadət edənlər siyahısında çəkilir.

Azvision.az