“Hansı “duxlu” oğlan qeybətimi edə bilər?”

hansi-duxlu-oglan-qeybetimi-ede-biler
Oxunma sayı: 2016

Əməkdar artist Elnarə Abdullayeva ARB TV-də yayımlanan “Söhbət var” proqramının qonağı olub.  “Qafqazinfo” xəbər verir ki, tanınmış xanəndə verilişdə onun qeybətini edənlərdən danışıb:

“Müəyyən yerlərdə söhbətim gedib. Amma mənim nə söhbətimi edə bilərlər ki? Deyəcəklər ki, ya yaxşı, ya da pis oxuyur. Hamıya eyni təsiri bağışlaya bilmərəm. Ola bilsin ki, kimsə oxumağımı eşidəndə desin ki, televizoru söndür. Amma başqa mənada nə mənim söhbətimi, nə də qeybətimi edə bilərlər!

Hansı “duxlu” oğlan var ki, mənim qeybətimi qırsın? Deyəcəklər pis oturdu? Filan yerdə filan cür gördük? Məndən heç kim heç nə danışa bilməz, çünki o yolu getməmişəm ki, kimsə keçəndə məni həmin yolda görsün. Ona görə rahatam”.