“Hansı ədalətli qərardan söhbət gedə bilər?”

“Hansı ədalətli qərardan söhbət gedə bilər?”
Oxunma sayı: 1496

“Siyasi partiyaların maliyyə məsələsinə baxılmalıdır. Azərbaycana qarşı işləyən qurumların büdcəsi siyasi partiyaların büdcəsindən 5 dəfə çoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Gənclər və idman komitəsinin sədri  Fuad Muradov parlamentdə büdcə müzakirəsində deyib.

O əlavə edib ki, gənclərin məşğulluğa cəlb olunması məsələsi sürətləndirilməlidir: “Mən bilmirəm, məşğulluq orqanı nə işlə məşğuldur Biz bu sahəyə xüsusi yanaşma ilə bağı təkliflərimizi verəcəyik. Bizə əsas müraciətlərdən biri təhsil haqqının ödənilməsi ilə bağlıdır. İqtisadi vəziyyətinə görə artıq universitetə daxil olmuş tələbələr təhsil haqqını ödəyə bilmirlər”.

 Gənclər və idman komitəsinin üzvü Rauf Əliyev deyib ki, idmanda keçid problem ilə bağlı məsələ həllini tapmalıdır: “Buzovna, Qala, Türkan qəsəbələrində, o cümlədən bir neçə rayonlarda olimpiya komplekslərinin tikintisi öz həllini tapmır. Buzovanda idman zalı 80 faiz tikilib. Ancaq 8 aydır ki, bağlıdır. Əgər problem həllini tapmasa qoyulan vəsait də itmiş olacaq”.

***

Millət vəkili Qüdrət Həsənquliyev qeyd edib ki, 4,6 min məcburi köçkün ailəsi qəzalı evlərdə yaşayır: “Yəni onların həyatı hər an təhlükədədir. Ancaq bu sahəyə 200 milyon manat vəsait ayrlması nəzərədə tutulur. Bunun da 42 milyonu xarici kreditlər hesabına baş tutacaq. 

Büdcədən yeni idman obyektlərinin tikintisinə 244 milyon manat ayrılıb. Hökumət üçün  priroitet məsələ idman obyekti tikintisi olmamalıdır. Yeni doğulmuş uşaqlara 7 milyon manat vəsait ayrılacaq. Bu halda hansı sosialyönümlü büdcədən söhbət gedə bilər? 

Ölkədə 550 hakim var. Ancaq məhkəmədə olan  işlərin sayı 470 mindir. Bu o deməkdir ki, bir hakim gün ərzində 3-4 dəfə işə baxacaq. Bu zaman hansı keyfiyyətli işdən söhbət gedə bilər?  Hansı ədalətli qərardan söhbət gedə bilər? Bu zaman xarici investorun ölkəyə vəsait qoymasına maraq oyacaqmı?”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi