“Hansı kişi məni belə geyindirə bilər?” - Elza

hansi-kisi-meni-bele-geyindire-biler
Oxunma sayı: 3162

Əməkdar artist Elza Seyicahan ikinci dəfə ərə getməməyinin səbəbini açıqlayıb.  “Qafqazinfo” xəbər verir ki, “Stop” proqramına qonaq olan müğənni indiki kişilərə güvənmədiyini bildirib. 

Elza deyib ki, ailə quracaq şəxs təkcə onu yox, bütün dostlarına maddi köməklik göstərməlidir:

“Mənim gözəl ailəm, sənətim, övladlarım var. Bu yaşımda gənc nənə olmuşam. Hansı kişi məni belə geyindirər, bəzəyər? Nəinki məni, mənim ailəmi, dostlarımı, qohumlarımı yedizdirib-içizdirməlidir. İndi kişilər bu gün pul verir, sabah soruşur ki, pulu hara xərcləmisən?”  

Qeyd edək ki, əməkdar artist uzun müddət əvvəl bir dəfə ailə qurub və rəsmi olaraq ayrılıb. Onun həmin nikahdan Ələkbər adlı bir oğlu, Gülşən adlı bir qızı var.