Hansı ölkə daha dindardır? - Azərbaycan sonuncu yerlərdə

Hansı ölkə daha dindardır?
Oxunma sayı: 47

Barem və WIN/ Gallup International 66 mindən çox insan arasında keçirdiyi sorğu əsasında ölkələrə görə dindarların sayını araşdırıb.

“Qafqazinfo” xəbər verir ki, 67 ölkənin yer aldığı sıralamada Tayland ən dindar ölkə seçilib. Sorğuda iştirak edənlərin 98 faizi “dindaram” cavabını verib. İkinci yerdə 97 faizlə Nigeriya, üçüncü yerdə 94 faizlə Qana, dördüncü yerdə isə 94 faizlə Hindistan qərarlaşıb. 

Ermənistan isə 92 faizin özünü dindar hesab etməsi ilə ilk pillələrdə - 9-cu yerdə sıralanıb. 

Siyahıda ən sonuncu yerdə Çin durur. Burada sorğu iştirakçılarının cəmi 9 faizi dindar olduğunu deyib, 67 faiz isə özünü ateist hesab edib. Daha sonra son yerləri Yaponiya, İsveç, Çexiya, Birləşmiş Krallıq bölüşüb. 

23-cü yerdə sıralanan İranda sorğu iştirakçılarının 77 faizi özünü dindar olaraq təqdim edib, 16 faizi “dindar deyiləm” deyib. Dörd faiz isə özünü ateist hesab edib. Türkiyədə isə 74 faiz özünü dindar, 6 faiz ateist adlandırıb. 

Azərbaycan dindar ölkələr arasında ən sonuncu yerlədən birini tutub. O, bu cədvəldə Fransa, Avstriya, Kanada, ABŞ, Rusiya, Ukrayna kimi ölkələrdən geridə qalıb. Belə ki, sorğu iştirakçılarının cəmi 35 faizi özünü dindar, 64 faizi isə dindar hesab etməyib. “Ateistəm” deyənlər isə olmayıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi