“Haqsızlıqlara göz yuma bilmirəm...”

haqsizliqlara-goz-yuma-bilmirem
Oxunma sayı: 1464


“Qafqazinfo”nun məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə son günlər adının mediada müzakirə olunmasına münasibət bildirərkən deyib:

 “İndiyə kimi dediyim heç bir sözdən boyun qaçırmamışam. Sözümün ağasıyam. Bəzən məni özüm də bilmədən qalmaqala salırlar. Bəzən isə ətrafımda baş verən haqsızlıqlara özüm göz yuma bilmirəm. Sözümü bəzən efirdə, bəzən isə sosial şəbəkədəki səhifəmdə bölüşürəm. Nəticədə isə istəmədən qalmaqalın tam mərkəzində oluram. Düşünməyin ki, mən bunu qalmaqal və ya nə üçünsə edirəm. Sadəcə sözümü deyirəm. Bu isə kiməsə xoş, digərinə xoş olmaya bilər. Hamı bilir ki, mən bu sənətə qalmaqalla gəlməmişəm. Əziyyət çəkə-çəkə sənətimdə öz yerimi tutmuşam. Kiminsə sayəsində Nadir Qafarzadə olmamışam. Daim mahnılarımla sözümü demişəm. Hətta ifa etdiyim mahnılarda müzakirə mövzusu olub. Bir ifaçı üçün bundan böyük fəxr, uğur ola bilməz”. 

Qafarzadə daha sonra yaradıcılıq işindən söhbət açıb: 
“Yaradıcılığımda yeniliklərim çoxdur. Təxminən ona yaxın yeni mahnı yazdırmışam. Bunlar arasında görkəmli bəstəkarların əsərləri, estrada mahnıları və keçmiş türk bəstələri var.  Bu gün isə Türkiyənin bir çox tanınmış müğənnilərinin ifa etdiyi “Sevda” mahnımı dinləyicilərin ixtiyarına verirəm. Bu mahnını xeyli müddət idi ki, lentə aldırmaq istəyirdim. Lakin müəyyən səbəblərdən yubanırdı. Bəstə artıq hazırdır. Məncə yaxşı bir mahnı ərsəyə gəlib”.