Harun Kolçak vəfat etdi

harun-kolcak-vefat-etdi
Oxunma sayı: 1186

Məşhur türkiyəli müğənni Harun Kolçak 62 yaşında vəfat edib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, H.Kolçak uzun müddətdir xərçəng xətəliyindən müalicə alırmış.

O, 2014-cü ildə prostat xərçənginə tutulduqdan sonra musiqi karyerasını bitirib. 2016-cı ilin iyunundan etibarən isə vəziyyəti daha da ağırlaşmış və yataq xəstəsinə çevrilmişdi.

Qeyd edək ki, müğənniliklə yanaşı bəstəkar və gitara ifaçısı kimi də tanınan Harun Kolçak bir çox mükafatlara layiq görülüb.