Harvarddan əsgərlər üçün yenilik- - 3 milyonluq layihə

harvarddan-esgerler-ucun-yenilik-
Oxunma sayı: 1504


Mühəndislər insan bədəninə xüsusi sensorlar taxaraq onların əzələ və sümüklərinin hərəkətlərini dərindən öyrənərək, nazik parçadan hazırlanan və şalvar kimi geyinilən ağıllı geyimə aşağı güclü mikroprosessorlar taxırlar. Bu sensor və mikroprosessorlar beyin və əzələ sistemi kimi çalışır, insanın hərəkətini davamlı nəzarətdə saxlayır, müxtəlif siqnallarla onların yeridiklərini, qaçdıqlarını, əyilməklərini müəyyənləşdirir. Bu siqnallar əsasında geyimdən istifadə edən əsgərlərin, yaşlı insanların və yerimə çətinliyi olan xəstələrin hərəkətlərinə mane olmamaq şərti ilə onlara kiçik, lakin ağıllı dəstək verilir və beləliklə, onların sümüklərinin zədələnməsinin və əzələlərinin tez yorulmasının qarşısını alır. 

Hazırda bu geyimlə bağlı tədqiqatları etmək üçün ABŞ Müdafiə Nazirliyinin İrəli Tədqiqat Layihələri Agentliyi (DARPA) tərəfindən Harvard Universitetinə 2.9 milyon dollar pul ayrılıb. Tədqiqatçılar bildiriblər ki, bu geyim hazır olduqda, onu təkcə əsgərlər yox, həm də yanğın söndürənlər, tibb işçiləri, yaşlı insanlar, yerimə və ayaqda dayanmaq çətinliyi olan xəstələr də istifadə edə biləcəklər. 

Bəxtiyar Hacıyev