Hasan Şaşa ayaqqabı atıldı, ara qarışdı - Fotolar

Hasan Şaşa ayaqqabı atıldı, ara qarışdı
Oxunma sayı: 1325

Türkiyə Superliqasının 28-ci turunda keçirilən “Fənərbaxça” – “Qalatasaray” oyunundan öncə gərginlik yaşanıb. “Qafqazinfo” xəbər verir ki, matçdan əvvəl meydana girən “sarı-qırmızılar”ın məşqçisi Hasan Şaşa tribunadan ayaqqabı və su şüşəsi atılıb. 

Meydan sahiblərinin azarkeşləri onun tribunalara tərəf baxmasından sonra daha da əsəbiləşiblər.

Bunu görən “Fənərbaxça”nın qapıçısı Volkan Dəmirəl meydana girərək Hasan Şaşın soyunub-geyinmə otağına yollanmasını tələb edib. 

Nəticədə onlar arasında gərginlik yaşanıb. Daha sonra digər futbolçular aranı sakitləşdirib. 







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi