Hatay və Kilisə 94 raket atılıb - 7 ölü, 113 yaralı

Hatay və Kilisə 94 raket atılıb
Oxunma sayı: 1996

Türkiyənin Suriyanın Afrin bölgəsində 20 yanvarda başladığı “Zeytun budağ” əməliyyatından sonra terrorçular yaşayış məntəqələrinə raket zərbələri endirməyə başlayıblar.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, raketlərdən 60-ı Hataya, 34-ü Kilisə atılıb.

Bu barədə Türkiyə Baş naziri Binəli Yıldırım məlumat verib. Onun sözlərinə görə, zərbələr nəticəsində 7 vətəndaş ölüb, 113 nəfər yaralanıb.

Qeyd edək ki, 15 gün ərzində Afrində 935 terrorçu zərərsizləşdirilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi