Hava ilə bağlı - Xəbərdarlıq

hava-ile-bagli
Oxunma sayı: 864

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti temperaturun aşağı düşəcəyi ilə bağlı məlumat yayıb.

"Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında iyulun 24-dən 26-sı gündüzədək arabir güclənən şimal-qərb, şimal küləyinin əsəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcəyi gözlənilir.

Azərbaycanın bəzi rayonlarında iyulun 23-ü gündüzdən 25-dək arabir güclənən qərb küləyinin əsəcəyi, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.