Hava isti olacaq – 30 dərəcə

hava-isti-olacaq-30-derece
Oxunma sayı: 628

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 26 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 23-28, bəzi yerlərdə 30, dağlarda gecə 7-12, gündüz 16-21, bəzi yerlərdə 24 dərəcəyədək isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz: Abşeron yarımadasında mülayim isti yaz havası meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, aprelin 10-da güclü xəzri küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.