Hava küləkli olacaq

hava-kulekli-olacaq
Oxunma sayı: 656

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-25 dərəcə, gündüz 29-34 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimal olunur. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-25 dərəcə, gündüz 31-36 dərəcə, dağlarda gecə 11-16 dərəcə, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Hava şəraiti haqqında qısa icmal: Yaxın iki gün ərzində Abşeron yarımadasında mülayim şimal-qərb küləyinin arabir güclənməsi müşahidə olunacaq.