Hava limanı açıldı

hava-limani-acildi
Oxunma sayı: 648

"Aeroport heç bir aviareysi nə qəbul edirdi, nə də hava limanından heç bir təyyarə havaya qalmayıb. Lakin bu gecə saat 02:05-də aeroport hələ fevralın 2-də saat 19:05-də Bakıyda enməli olan Praqadan gələn aviareysi qəbul edə bilib. Daha sonra saat 08:40-da əks istiqamətdə, Bakı-Praqa aviareysi yerinə yetirilib".

Bundan başqa, hazırda hava limanında Bakıdan Dubaya, Moskvaya, İstanbula, Kiyevə və Surquta olan aviareyslərə qeydiyyat aparılır: "Mümkün olduğu qədər sözügedən, o cümlədən təxirə salınmış aviareyslər yerinə yetiriləcək".

Buna baxmayaraq, bu gün yerinə yetirilməsi planlaşdırılan Bakı-Paris və Bakı-Milan aviareysləri, həmçinin Bakı-Gəncə və Bakı-Naxçıvan aviareysləri təxirə salınıb.