Hava limanına gedən yol düzəldilir

hava-limanina-geden-yol-duzeldilir
Oxunma sayı: 645

“Qafqazinfo”nun AzərTAc-a istinadən məlumatına görə, yolda quraşdırılan əyri xətli tirlər digərlərindən dözümlüyü və təhlükəsizliyi ilə fərqlənir. Ümumi uzunluğu 20 kilometr olan avtomobil yolu 6 zolaqdan ibarətdir. Bundan öncə yolları beton sədd ayırırdı. Lakin sürücülərin nəqliyyat vasitələrini ehtiyatsız idarəetməsi nəticəsində bu beton səddi bir çox yerlərdə yararsız hala düşmüşdür. Nəticədə, beton səddini əyri xətli tirlərə əvəz olunması qərara alınmış və beton sədləri sökülüb.

Artıq yolun 3 kilometr hissəsinə asfalt-beton örtüyü döşənib. Bu işlər bir neçə ay davam edəcəkdir. İşlər başa çatdıqdan sonra avtomobil yolunda müasir tipli işıqlandırma sistemi də quraşdırılacaq.