Hava limanına silahlı hücum - 20 ölü, 60 yaralı

hava-limanina-silahli-hucum
Oxunma sayı: 2106

Liviyanın paytaxtı Tripolidəki  hava limanına silahlı hücum olunub

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Libyan Exspress” məlumat yayıb

Məlumata əsasən, silahlı qrup  Mitiqa hava limanına hücum edib. Döyüşçülər müxtəlif tipli silahlardan istifadə ediblər. İnsident nəticəsində 20 nəfər ölüb, daha 60 nəfər isə xəsarət alıb. İnsanları təxliyyə etmək mümkün olub.

Təhlükəsizlik qüvvələri hücumun qarşısının alındığını açıqlayıb.