Hava Limanında dəhşətli qətl

hava-limaninda-dehsetli-qetl
Oxunma sayı: 657

“Qafqazinfo” xəbər verir ki, hava nəqliyyatında polis idarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün baş verib. Naxçıvan sakini Alim Əhmədov çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Hadisəni törədən şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinə gedərək könüllü təslim olublar. Qətli törədənlərin kimliyi açıqlanmır.

Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, istintaq gedir.