Hava limanlarındakı polislərə təlimat - “Az gülün”

hava-limanlarindaki-polislere-telimat
Oxunma sayı: 1736

Hindistanda hava limanlarında çalışan polislərə yeni təlimat verilib.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, onlara bundan sonra az gülümsəmək tapşırılıb.

Sərnişinlərin özlərini rahat hiss etmələri üçün polislərin “həddindən çox zaman və enerji sərf etdiklərini” irəli sürən rəsmilər simpatik görünüşün terror təhlükələrinə də yol aça biləcəyindən narahatdırlar.