Hava mülayim keçəcək

hava-mulayim-kececek
Oxunma sayı: 651

Mülayim şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 17-20, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.


Sentyabrın 18-dən 20-dək Abşeron yarımadasında mülayim hava şəraitinin davam etməsi və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Nigar