Hava pisləşəcək

hava-pislesecek
Oxunma sayı: 641

A.Verdiyev qeyd edib ki, yaxın 3 gün ərzində Bakı və Abşeron yarımadasında dəyişkən buludlu və əsasən yağmursuz hava şəraiti gözlənilir. Fevralın 6-da axşam bəzi yerlərdə duman olacaq, arabir güclənən şimal-qərb və cənub küləkləri əsəcək. Havanın temperaturu gündüz saatlarında fevralın 6-da 7-10 dərəcə, fevralın 7-də 7-11 dərəcə, fevralın 8-də isə 6-10 dərəcə isti gözlənilir.

Bölgələrdə də yaxın 3 gün ərində əsasən yağmursuz hava şəraiti gözlənilir. Ayın 6-da qərb rayonlarında arabir güclənən külək əsəcək. Temperatur Aran rayonlarında gündüz 10-15 dərəcə isti, dağlıq rayonlarda isə 4-9 dərəcə isti gözlənilir. Fevralın 7-də isə bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.