Hava qeyri-sabit olacaq

hava-qeyri-sabit-olacaq
Oxunma sayı: 644

Mülayim şimal küləyi gündüz arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturunun gecə 2-4 dərəcə isti, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da yanvarın 12-də hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 12-17 dərəcə şaxta olacağı gözlənilir.

Yaxın 2 gün ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Nigar Məmmədli