Hava qeyri-sabit olacaq

hava-qeyri-sabit-olacaq
Oxunma sayı: 640

“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometorologiya Departamentindən bildiriblər ki, mayın 5-6-da ölkə ərazisində hava şəraitinin nisbətən qeyri-sabit keçəcəyi, havanın tutulub açılacağı, əsasən gecə və axşam saatlarında qısamüddətli az yağış yağacağı gözlənilir.

Abşeron yarımadasında arabir güclənən şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15 isti, gündüz 20-24 isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 3-8,
gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.