Hava soyuyacaq

hava-soyuyacaq
Oxunma sayı: 631

“Qafqazinfo"nun Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 şaxta, gündüz 6-11dərəcə isti olacağı gözlənilir.