Havadan nə xəbər?

havadan-ne-xeber
Oxunma sayı: 642

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bazar günü Trend-ə bildirilib ki, fevralın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, şimal küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 2-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Fevralın 27-də ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.