Havadan nə xəbər?

havadan-ne-xeber
Oxunma sayı: 645

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 11-16, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Mayın 13-dək Respublika ərazisində temperatur rejiminin 2-3 dərəcə yüksələcəyi gözlənilir. Eyni zamanda arabir gözlənilən yağıntılar torpağın nəmliliyini artıracaq ki, bu da cücərməkdə olan çiyidin və qarğıdalının inkişafına nisbətən müsbət təsir göstərəcək, qışlaqlarda ot örtüyünün böyüməsini sürətləndirəcək.