Havanı çirkləndirən müəssisəyə qarşı 12500 manatlıq iddia qaldırıldı

havani-cirklendiren-muessiseye-qarsi-12500-manatliq-iddia-qaldirildi
Oxunma sayı: 1409

Atmosferə atdığı tullantıya görə müəssisə cəzalanıb.

“Qafqazinfo” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Binəqədi rayonu, 1-ci Mədən, korpus 2-də yerləşən qara metal əritmə sexindən ətrafa tüstü və  qoxunun yayılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb və monitorinq  keçirilib. Atmosfer havasından nümunələr götürülüb və analizlər aparılıb.  Analizlərin nəticələrinə görə atmosfer havasına atılan tullantıların miqdarının normadan yüksək olduğu məlum olub.

Araşdırma zamanı qara metal əritmə sexinin “Fərid-RL” MMC-yə  məxsus olduğu müəyyən edilib. Faktla bağlı MMC barəsində protokol tərtib olunub və hüquqi şəxs qismində 12500  manat məbləğində cərimə edilməsi üçün toplanmış sənədlər Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Atmosfer havasının çirklənməsinin qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün “Fərid-RL” MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.