Havanın temperaturu sabahdan yüksəlməyə başlayacaq

havanin-temperaturu-sabahdan-yukselmeye-baslayacaq
Oxunma sayı: 642

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, bu gün axşamdan etibarən Bakı və Abşeron yarımadasında külək tədricən zəifləyəcək, sabahdan isə mülayimləşəcək: “Sabah ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə yüksəlməyə doğru gedəcək, temperatur 3-4 dərəcə artacaq. Yaxın 3 gün ərzində respublika ərazisində mülayim hava şəraiti gözlənilir”.