Hazal Kaya ərə getdi

hazal-kaya-ere-getdi
Oxunma sayı: 5581

Aktrisa Hazal Kaya 5 ildir münasibətdə olduğu rejissor-aktyor Əli Atayla ailə qurub.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, cütlüyün toyu “Fairmont Quasar” otelində baş tutub. Məclisə “Aşkı-Memnu” serialının aktyor heyəti tam tərkibdə qatılıb.

Hazalın gəlinliyini dizayner Özgür Mansur hazırlayıb. Həm Hazal, həm də Əli çox həyəcanlı olduqlarını bildiriblər. Cütlük işləri səbəbindən bal ayına yayda çıxacaq.