Hazırda 9-cuların buraxılış imtahanı keçirilir

hazirda-9-cularin-buraxilis-imtahani-kecirilir
Oxunma sayı: 663

TQDK-dan “Qafqazinfo”ya verilən məlumata görə, Bakı şəhəri üzrə 34277 nəfər IX sinif şagirdinin (Nərimanov rayonunda 2640, Səbail rayonunda 1752, Yasamal rayonunda 3147, Nəsimi rayonunda 2701, Nizami rayonunda 2854, Binəqədi rayonunda 4264, Sabunçu rayonunda 4533, Xətai rayonunda 3948, Suraxanı rayonunda 3246, Xəzər rayonunda 3070, Qaradağ rayonunda 2122 nəfər) buraxılış imtahanında iştirakı nəzərdə tutulur. Bunun üçün Bakıda ümumilikdə 68 imtahan mərkəzi ayrılıb.

Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsi şagirdlərinin buraxılış imtahanları üçün adıçəkilən şəhərlərin hər birində 1 imtahan mərkəzi yaradılıb. Bu şəhərlərin 2096 nəfər IX sinif şagirdi imtahan verəcək.

Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.

Qeyd edək ki, TQDK tərəfindən buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili və Riyaziyyat fənlərindən test tapşırığı nümunələri və təqdim ediləcək yazı işlərinin mövzuları Komissiyanın internet saytında yerləşdirilib.

İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə isə 30 dəqiqə vaxt ayrılır.