Hazırda bu küçələrdə svetoforlar işləmir

hazirda-bu-kucelerde-svetoforlar-islemir
Oxunma sayı: 972

Elektrik təhcizatının kəsilməsi ilə əlaqədar olaraq hazırda Qara Qarayev prospektinin Əli Vəliyev, Azər Manafov və Özbəkistan küçləri ilə kəsişməsində svetoforlar fəaliyyət göstərmir. 

Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, svetoforların fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır. 

Sürücülərdən xahiş olunur ki, svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etsinlər.